Belediyye.infonun sıxıntılı günlərinə son söz…
Bir neçə gün əvvəl Belediyye.infonun maliyyə sıxıntısıyla üz-üzə qaldığını yazmışdım. Bələdiyyə sahəsində çalışan bir sıra insanların ürək yanğısıyla zəng edib vəziyyətlə maraqlanması bir az özümdə rahatlıq yaratsa da, təssüffedici məqamlar daha çox oldu.
Ondan başlayım ki, yüngül formada yazdığım tənqidə bəzən dostlarımın dərhal reaksiya verərək yazılanları sanki özlərinə aid edirmişlər kimi məndən yazılan qeydlərdə ad çəkilməsini, hətta konkert ünvan göstərməyi bir növ xahiş ediblər. Hətta belə etmədikdə inciyənlərdə oldu. Ancaq bir məqamı əlavə etməyi özümə borc bilirəm.
Prezidentin dünənki görüşündən: “...bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib.”
Göründüyü kimi, Prezidentin bundan əvvəl ki çıxışlarında da hər hansı ad çəkilmir. Hesab edirəm ki, heç ad çəkməyə də ehtiyac yoxdur. Hər kəs özünə aid olan sözü götürür. Götürməyənlərin aqibəti isə Ağstafa və Neftçalada kı, kimi olur.
Bundan başqa dostlarım bəzən səbrsizlik edib hansısa paylaşdığım və qısa şəkildə yazdığım subyektiv fikrimə, bəlkə də ərk edib, ağrılı cavab verir. Başa düşülən deyil ki, ən yüngül tənqidə dözümsüzlük göstərən bələdiyyə məmuru sabah seçicisinin, sakinin problemini hansı yolla həll edə biləcək. Baxırsan yazdığın fikrə münasibət bildirir, arxasınca öz yazdığına “layklar” gətizdirilir və sənin yazdığına “layk” edəni isə sildirir. Sanki heç kəsin xəbəri olmayacaq kimi. Bu qədər dözümsüzlük göstərməkmi olar?
Beş il bələdiyyə sisteminin qarşılaşdığı problemləri icitmailəşdirən, deyərdim bir çox məsələlərin hətta həllinə nail olan Belediyye.infonun sıxıntısıyla maraqlanmaq əvəzinə, FB-də bələdiyyələrlə bağlı qaldırılan mövzulara subyektiv fikir bildirmək əvəzinə, belə addım atmaq deyərdim ən yüngül forma da bələdiyyə üzvü olaraq, bələdiyyə qullquçusu olaraq özümüzə qarşı hörmətsizlik deyilmi.
Qayıdaq təssüfedici məqamlara. Açığı on günə yaxın saytda problem olduğundan hər hansı məlumat yerləşdirilmədi. Kifayət qədər məlumat olsa da istifadə etmək mümkün olmadı. Və problemlə üzləşdiyimizi məcbur qalıb FB-də yazdıq.
Səhifələrimizdə kifayət qədər yer ayırdığımız bəzi məsul qurumlarda çalışan səlahiyyət sahibi olan dostlarım heç maraqlanmadı ki, sayt niyə fəaliyyətini dayandırıb. Və yaxud bələdiyyə assosiasiyaları və onların sədrləri. Hər halda biz işimizi artıq bildik, kimin bu sayta dost olduğunu kimin isə loyal mövqe də dayandığının konkert şahidi olduq, sonda isə öz problemimizi elə özümüz həll etdik. Yəqin ki elə belə də edəcəydik. Lakin bəzi dostların “dost testi”ndən keçməməsinə təəssüf edirəm.
inanıram zaman gələcək, bələdiyyələrimizində üzü güləcək, ürəkləri sevinəcək, onların da öz peşə bayramları olacaq, borclardan azad olacaq, kreativ layihələr həyata keçirmək üçün kifayət qədər maliyyələri olacaq, Prezidentində söylədiyi kimi, “bəzi yaramaz” icra başçılarının yanında aciz durumda qalmayacaqlar. Yəqin ki, o zaman Belediyye.infonunda gördüyü işlər yada düşər, xatırlanar və ...
P.S. Çətin gündə yanımızda olan hər kəsə, xüsusilə mənim üçün əziz olan M.əliyevə, H.Hüseynova, M.Hüseynova, H.Həmidova, S.Abdullayevaya, o cümlədən N.Niftiyevə, T.Nəbiyevə və digər maraqlanan dostlarımın hər birinə bir daha təşəkkürümü bildirirəm.
P.S.S. Korona virusu nə qədər başımızı qatsada belə, düşünürəm ki, əsas fəaliyyətimizi də unutmamalıyıq. Lakin hər birimiz öz sahəmizdə mübarizəmizi aparmalı dünyanı lərzəyə salan pandemiyaya qarşı birgə hərəkət etməliyik. Bu indiki məqamda əsas vəzifəmizdir
Vüqar Tofiqli